Operativ Məlumat Mərkəzi

DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

2 dəq
Paylaş:
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

DİN-in Baş Dövlət İdarəsi qarşıdan gələn Ramazan münasibətilə hərəkət iştirakçısına müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən məlumat verilib.

Müraciətdə bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunub.

Bildirilib ki, ilk növbədə səfərə hazırlaşan bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər:

"Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin. Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax