Operativ Məlumat Mərkəzi

DYP “Əziz Şuşa” velosiped turnirinin III mərhələsi ilə bağlı sürücülərə müraciət edib

2 dəq
Paylaş:
DYP “Əziz Şuşa” velosiped turnirinin III mərhələsi ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət İdarəsi “Əziz Şuşa” turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə deyilir:

"Əziz Şuşa beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan veriləcək.

Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax