Əsas məzmuna keç

Abşeronda yanacaqdoldurma məntəqəsi yanır

Abşeronda yanacaqdoldurma məntəqəsi yanır

Abşeron rayonu ərazisindəki yanacaqdoldurma məntəqəsində güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri alovun söndürülməsi üçün əraziyə cəlb olunub.

en ru

rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində bir dam altında ümumi sahəsi 260kv.m. olan 8 boksdan avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaqdoldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə və dam örtüyünün taxta atmaları 260kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…