Abşeronda qaydaları pozan 114 sürücü məsuliyyətə cəlb edilib

Abşeronda qaydaları pozan 114 sürücü məsuliyyətə cəlb edilib
09.06.2023 09:53
Aa
dəq

Abşeronda qaydaları pozan 114 sürücü məsuliyyətə cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam etdirir. Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyunun 8-da rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.

Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.

Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 3 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, narkotiklə əlaqəli cinayətlərə görə 6 nəfər, odlu silahın aşkarlanması 1, küçə ticarəti ilə məşğul olduqlarına görə 44, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 17, xırda xuliqanlığa görə 9, xırda talamaya görə 14, digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 14 fakt aşkarlanıb, mülki axtarışa görə 39 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 114 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 15 sürücü, 2 sərxoş sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 176 fakt müəyyən edilib.

Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılır.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu