Operativ Məlumat Mərkəzi

DYP əhaliyə müraciət edib - 08.11.2024

2 dəq
Paylaş:
DYP əhaliyə müraciət edib - 08.11.2024

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət İdarəsi bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə idarədən məlumat verilib.

Bayramla əlaqədar əlaqədar qeyri-iş günlərində vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə isə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- idarəsi, eləcə də regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəkdir.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax