Operativ Məlumat Mərkəzi

DYP: Bu il qadın sürücülərin iştirakı ilə 107 qəza olub, 16 nəfər ölüb

1 dəq
Paylaş:
DYP: Bu il qadın sürücülərin iştirakı ilə 107 qəza olub, 16 nəfər ölüb
bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Nəticədə 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi...

Bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Nəticədə 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunanlarla bağlı qadın sürücülərə müraciət edib: "Baş Dövlət Yol Polisi İdarəsi bütün xanım sürücülərin nəzərinə çatdırır ki, son dövrlər onların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatçlıq doğurur. Aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər