Operativ Məlumat Mərkəzi

Dumanlı hava ilə bağlı xəbərdarlıq - 16.02.2025

2 dəq
Paylaş:
Dumanlı hava ilə bağlı xəbərdarlıq - 16.02.2025

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 17-də əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsinin 500 metrədək məhdudlaşacağı ehtimalı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (BDYPİ) məlumat yayıb.

Qeyd olunub ki, dumanlı hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, vasitələrinin texniki sazlığından əmin olmağa, məcburi dayanma zamanı zəruri tədbirlərini görməyə çağırır:

"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax