Əsas məzmuna keç

DİN yağışlı hava ilə bağlı 763 çağırışa reaksiya verib

DİN yağışlı hava ilə bağlı 763 çağırışa reaksiya verib

"102" mərkəzi, DYP və Çevik Polis Alayı yağıntılı hava şəraitinin fəsadlarını aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimindədir. Təhlükəsizlik tədbirləri haqqında:

en ru

Daxili İşlər Nazirliyi (DİN) yağışlı hava ilə əlaqədar bir sutkada 763 çağırışa reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub.

"Hazırda ölkə ərazisində DİN tərəfindən təşkil olunan xidmət rejimdə davam etdirilir. Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı fəaliyyətin icrası diqqətdə saxlanılır", - məlumatda vurğulanıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…