Əsas məzmuna keç

Yol polisi dumanlı hava şəraiti ilə bağlı müraciət edib

Yol polisi dumanlı hava şəraiti ilə bağlı müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Baş Dövlət İdarəsinin dumanlı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Hazırda paytaxtda, eləcə də respublikanın bir sıra rayonlarında dumanlı hava müşahidə edilir ki, bu da məhdudiyyətli görünmə şəraitində iştirakçılarına, xüsusilə sürücülərə bir sıra çətinliklər yaradır. Dumanlı hava yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər".

Qeyd edilib ki, eyni zamanda piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha da məsuliyyətli olmalıdırlar.

Hava proqnozu

21° Bakıda indiGünəşli
  1. Bu gün Günəşli 23° 20°
  2. Sabah Günəşli 26° 21°
  3. Birigün Tutqun 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…