Operativ Məlumat Mərkəzi

Dövlət Departamenti O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb

2 dəq
Paylaş:
Dövlət Departamenti O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb

ABŞ-nin Dövlət Departamenti Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Birləşmiş Ştatların xarici siyasət idarəsinin mətbuat xidmətinin məlumatında qeyd olunub:

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı İlham Əliyev ilə müsbət və konstruktiv görüş keçirib. Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub.

Dövlət katibinin köməkçisi O’Brayn Prezident Əliyevə bildirib ki, Birləşmiş Ştatlar Mərkəzi Bankının sədrinin və energetika nazirinin Vaşinqtona qarşıdakı səfərlərini alqışlayacaq, habelə katib Blinken tezliklə Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi üçün Azərbaycanın naziri və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax