Əsas məzmuna keç

Donald Tramp Cozef Baydenin sərəncamlarını ləğv edəcək

Donald Tramp Cozef Baydenin sərəncamlarını ləğv edəcək

Donald Trampın seçki qərargahının mətbuat katibi Kerolayn Livitt bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Donald Trampın ilk...

ABŞ-ın yeni seçilmiş prezidenti Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladığı ilk həftə ərzində Cozef administrasiyasının bir çox sərəncamlarını ləğv edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Donald Trampın seçki qərargahının Kerolayn Livitt bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Donald Trampın ilk administrasiyasının effektiv siyasi kursundan uzaqlaşmaq üçün Cozef Bayden və vitse-prezident Kamala Harris tərəfindən imzalanan bütün sərəncamlar ləğvi olunacaq”, - deyə Kerolayn Livitt bildirib. Onun sözlərinə görə, Tramp “Oval kabinetdə” ilk həftəsində onlarla fərman imzalayacaq.

Mətbuat katibi, həmçinin Cozef Baydenin ali dövlət postunda çalışdığı ilk həftədə imzaladığı 94 sərəncamın sərhəddə böhrana və iqtisadi tənəzzülə səbəb olduğunu vurğulayıb.

“Donald Trampı əvvəlki administrasiya tərəfindən verilən və geriləməyə səbəb olan sərəncamları aradan qaldırmaq üçün yenidən prezident seçiblər”, - deyə siyasətçi əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…