Operativ Məlumat Mərkəzi

Ağ Ev: Tramp İranla bağlı bütün variantları açıq saxlayır

1 dəq
Paylaş:
Ağ Ev: Tramp İranla bağlı bütün variantları açıq saxlayır
bunu Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə...

ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün variantları açıq saxlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı suala cavab verən Livit deyib:

“Prezident İrandakı vəziyyəti yaxından izləməyə davam edir və eyni zamanda bütün variantları nəzərdən keçirir. Reallıq ondan ibarətdir ki, nə edəcəyini yalnız Prezident Tramp bilir və onun bu məsələdəki düşüncələrindən çox, çox dar bir müşavir qrupu xəbərdardır”.

Ağ Evin mətbuat katibi əlavə edib ki, Tramp İrandakı prosesləri diqqətlə izləyir:

“O, İrandakı vəziyyəti yaxından izləməyə davam edir. Dünən [çərşənbə axşamı] qətllərin və edamların dayandırılacağı ilə bağlı məlumat aldıq. Gördüyümüz kimi, nəticədə 800 insanın həyatı xilas edilib”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər