Operativ Məlumat Mərkəzi

DİP: Vaşinqton görüşündə əldə edilən nəticələr böyük tarixi əhəmiyyətə malikdir

2 dəq
Paylaş:
DİP: Vaşinqton görüşündə əldə edilən nəticələr böyük tarixi əhəmiyyətə malikdir

Demokratik İslahatlar Partiyası (DİP) İlham Əliyevin ABŞ-yə səfərinin nəticələri ilə bağlı bəyanat verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə siyasi təşkilatdan məlumat verilib.

Bəyanatda Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində -ABŞ arasında əldə edilmiş razılaşmaların, eləcə də Azərbaycan- normallaşma prosesi istiqamətində əldə edilən nəticələrin böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

"Bayden dövründə kifayət qədər zədələnmiş Azərbaycan-ABŞ ikitərəfli münasibətləri bərpa olunub, Prezident Donald Trampın imzaladığı sərəncamla Azərbaycana qarşı 33 il ərzində ədalətsiz şəkildə tətbiq olunan "Azadlığı Dəstəkləmə Aktı"na 907-ci düzəlişin tətbiqi dayandırılıb".

Qeyd olunub ki, Ağ Evdə paraflanan saziş bölgəyə dayanıqlı sülhün gəlməsinin əsas göstəricisidir:

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan öz ev tapşırıqlarını yerinə yetirəndən - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırandan sonra yekun sazişi imzalanacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax