Operativ Məlumat Mərkəzi

DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər

2 dəq
Paylaş:
DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər

Daxili İşlər Nazirliyi (DİN) kibertalama halları ilə bağlı vətəndaşlara edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin yaydığı müraciətdə bildirilib ki, onlayn vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir.

Məlumata görə, süni intellektin köməkliyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olur:

"Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin vasitəsi ilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz. Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin. Kartınızın təhlükəsizliyi öz əlinizdədir!", - çağırışda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax