Operativ Məlumat Mərkəzi

Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA

Yanvarın 5-i saat 17:30-a olan məlumata əsasən bəzi yerlərdə -qərb küləyi arabir güclənib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və rayonlarda 8 isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax