Əsas məzmuna keç

Daha bir kənd Rusiyanın nəzarətinə keçib

Daha bir kənd Rusiyanın nəzarətinə keçib

bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın olan mənbələr xəbər yayıb.  Bildirilib ki, Rusiya qüvvələri regionun Volçansk şəhərinin yaxınlığında,...

Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lukyanivtsi kəndinə nəzarəti ələ keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə yaxın olan mənbələr xəbər yayıb.

Bildirilib ki, Rusiya qüvvələri regionun Volçansk şəhərinin yaxınlığında, Qlıboke, Yahidne, Pervomayski, Krasnohorivka və Verbove ərazilərində irəliləyib.

Eyni zamanda, Zelenedəki vəziyyətə aydınlıq gətirilib.

Rusiya Silahlı Qüvvələri mayın 10-dan Ukraynanın Xarkov vilayəti istiqamətində irəliləməyə başlayıb. Mayın 11-də Rusiya bölgənin altı yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb. Bir müddət sonra Ukrayna Silahlı Qüvvələri bəzi ərazilərdən geri çəkildiyini etiraf edib.

V.Zelenski hücumlarla bağlı Qərb müttəfiqlərinə səslənib.

O, ölkələri Ukraynaya vəd edilən yardımları həyata keçirməyə çağırıb. Zelenski bildirib ki, bir çox müttəfiq ölkə Ukraynaya genişmiqyaslı yardım paketləri ayırsalar da, bu yardımlar hələ də Kiyevə gəlib çatmayıb.

ABŞ mətbuatının xəbərinə görə, Rusiya qoşunlarının günbəgün irəlilədiyi bir vaxtda ABŞ E.Blinken Ukraynaya səfər edəcək.

Konkret tarix açıqlanmasa da bildirilib ki, Blinkenin may ayının 20-dən sonra Kiyevə yola düşəcəyi gözlənilir.

Dövlət Departamenti hələlik səfərlə bağlı verməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…