Əsas məzmuna keç

“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha üç nəfər saxlanılıb

“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha üç nəfər saxlanılıb

bu barədə Rusiya FTX məlumat yayıb. “Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omsk şəhərlərində 2024-cü il martın...

Rusiya Moskva, Yekaterinburq və Omskda “Crocus City Hall”da baş vermiş aktında iştirak edən daha üç nəfəri saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omsk şəhərlərində 2024-cü il martın 22-də törədilmiş terror aktında iştirak edən 1 Rusiya vətəndaşını və 2 xarici vətəndaşı - Mərkəzi Asiya regionundan olan mühacirləri saxlayıb”, - məlumatda qeyd olunub.

Qeyd edilib ki, saxlanılanların ikisi terror aktında istifadə olunan odlu silah və vasitələri almaq üçün pul köçürüblər. Üçüncü şəxs isə terror hücumunda iştirak edən şəxsləri toplayıb və onu törədənləri maliyyələşdirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…