Əsas məzmuna keç

COP29 müddətində qadağaların qoyulması nəzərdə tutulur? - RƏSMİ

COP29 müddətində qadağaların qoyulması nəzərdə tutulur? - RƏSMİ

bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib. Onun sözlərinə görə, noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə...

COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu COP29 Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

Onun sözlərinə görə, noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə nəzərdə tutulur:

"Ölkəyə səfər edəcək dövlət və başçılarının gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif tənzimlənmələrin aparılması nəzərdə tutulur. Bu tənzimləmələr aparılarkən çətinliklər və sıxlıqlar yarana bilər deyə, şəhərin nəqliyyat tənzimlənməsi planını yaratmışıq. Belə ki, dövlət və hökumət başçılarını daşıyan kortejlərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə etsin deyə, müəyyən alternativlər müəyyən olunub. Bu istiqamətlər hava limanından şəhərə, əksi və ya şəhərin digər istiqamətidir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

O.Mahmudlu bildirib ki, həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov küçəsi, prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…