Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çində kömür mədənində ölüm sayı 90 nəfəri ötüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Çində kömür mədənində ölüm sayı 90 nəfəri ötüb - YENİLƏNİB

Çinin şimalında Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində olanların sayı 90 nəfərə yüksəlib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib.

***

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verir.

***

Çinin şimalında kömür mədənində baş verən qəza nəticəsində 50-dən çox adam həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.

***

Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı səkkiz nəfər ölüb, daha 38 nəfər isə yerin altında qalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən məlumat yayıb.

Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsini aşması səbəb olub.

Hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər 201 təxliyə edib və səkkiz qurbanın meyitini çıxara biliblər.

Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb. Yer altında qalan mədənçilərin xilasetmə işləri davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax