Çinin şimalındakı Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş qaz partlayışı nəticəsində həlak olanların sayı 90 nəfərə çatıb. Hadisə ilə bağlı məlumatı Çinin Mərkəzi Televiziyası və Xinhua agentliyi yayıb.
İlkin ehtimallara görə, mədənçilərin ölümünə dəm qazının miqdarının icazə verilən normanı aşması səbəb olub. Rəsmi məlumatlara əsasən, xilasetmə qrupları 201 nəfəri təhlükəsiz əraziyə təxliyə etməyə müvəffəq olub, səkkiz nəfərin isə meyiti çıxarılıb.
Hazırda qəzanın dəqiq səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, yerin altında qalan digər şəxslərin xilas edilməsi üçün axtarış-xilasetmə tədbirləri icra olunur.