Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Kamboca hökumətinin müşaviri ilə görüşüb

3 dəq
Paylaş:
Ceyhun Bayramov Kamboca hökumətinin müşaviri ilə görüşüb

Martın 3-də naziri Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Kamboca hökumətinin müşaviri Sok Sifana ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Kamboca arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyədə əməkdaşlığın perspektivləri, həmçinin regionda və dünyada cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Azərbaycanın sədrlik etdiyi QH-nın üzv ölkələr arasında münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən bir platforma olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanın bundan sonra da QH çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Nazir həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, xüsusilə də mina təhdidləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Kamboca hökumətinin müşaviri Sok Sifana, Kambocanın Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Azərbaycanın QH-ya sədrlik dövrünün Hərəkatın inkişafına töhvə verdiyi diqqətə çatdırılıb. O, Azərbaycanla Kamboca arasında kənd təsərrüfatı, təhsil, turizm sahələrində geniş perspektivlərinin olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması təqdir olunub. Tərəflər eyni zamanda, minaların effektiv təmizlənməsi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax