Əsas məzmuna keç

Ceyhun Bayramov: "Ermənistanın Qarabağın erməni sakinləri ilə bağlı tələbini qəbul etməyəcəyik"

Ceyhun Bayramov: "Ermənistanın Qarabağın erməni sakinləri ilə bağlı tələbini qəbul etməyəcəyik"

bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib. Onun sözlərinə görə, hansısa ilkin şərt rəsmi Bakı üçün...

“Ermənistanın Azərbaycanın iqtisadi rayonunda yaşayan erməni sakinlərə xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri “Röyters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hansısa ilkin şərt rəsmi Bakı üçün qəbuledilməzdir: “Bu, Azərbaycanın daxili işidir. Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti təmin edir”.

Nazir bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra etnik ermənilər də digər etnik və dini azlıqlar kimi öz ana dilində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…