Operativ Məlumat Mərkəzi

Cənubi Koreya prezidenti üçün impiçment proseduruna başlanılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Cənubi Koreya prezidenti üçün impiçment proseduruna başlanılıb - YENİLƏNİB

Koreya Respublikasının altı partiyası yerli vaxtla saat 14:43-də Yun Sok Yolun impiçmenti barədə təklif irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, üzrə səsvermə dekabrın 6-sı və ya 7-də keçiriləcək. Prezidentin impiçmenti barədə təklifi 191 deputat dəstəkləyib.

Parlamentdə 300 yer var ki, bunlardan 108-i prezidentin "Vətəndaş Gücü" partiyasının nəzarətindədir. İmpiçment üçün deputatların üçdə ikisinin səsi lazımdır. Təşəbbüs lazımi səs sayını toplayarsa, məsələ Konstitusiya Məhkəməsinin müzakirəsinə veriləcək. Doqquz hakimdən altısı Yun Sok Yolun hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləməlidir. Konstitusiya Məhkəməsində işə baxıldığı müddətdə prezidentin səlahiyyətləri dayandırılacaq. Onun vəzifələrini icra edəcək.

Daha əvvəl parlamentin 190 deputatı, o cümlədən Prezidentin "Vətəndaş Gücü" partiyasının nümayəndələri vəziyyətin ləğvinə səs veriblər.

***

Bu gün Cənubi Koreyada müxalifət prezident Yun Sok Yolun impiçment prosedurunu başladacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, normalara uyğun olaraq təklif üzrə səsvermə 24-72 saat ərzində keçirilməlidir.

Dövlət başçısının impiçmenti ilə bağlı parlament səsverməsi dekabrın 6-sı və ya 7-də keçirilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax