Fransanın istefaya göndərilən baş naziri Sebastien Lecornu prezident Emmanuel Makronun göstərişi ilə ölkədə sabitliyi təmin etmək üçün siyasi liderlərlə görüşməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, o, bu barədə X sosial media platformasında məlumat verib.
"Mən respublika prezidentinin ölkənin sabitliyini təmin etmək üçün siyasi qüvvələrlə yekun müzakirələrin aparılması xahişini qəbul etdim. Çərşənbə günü axşam bunun mümkün olub-olmaması barədə dövlət başçısına məlumat verəcəyəm ki, o, bütün lazımi nəticələr çıxara bilsin", - Lekornu yazıb.