Operativ Məlumat Mərkəzi

Cənubi Koreya ilk nüvə sığınacağını tikir

2 dəq
Paylaş:
Cənubi Koreya ilk nüvə sığınacağını tikir

Seul hökuməti ölkənin ilk mülki nüvə sığınacağını inşa etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 2028-ci ildə tamamlanması planlaşdırılan bu mümkün hücum halında min nəfərdən çox insana iki imkanı təmin edəcək.

Seul şəhərində tikilən yeni yaşayış kompleksinin altında yerləşəcək bu sığınacaq eyni zamanda idman zalı kimi də istifadə olunacaq.

Kompleksin üçüncü zirzəmisində yerləşəcək obyektin sahəsinin 2 min 100 kvadratmetrdən böyük olacağı və 1.020 nəfəri qəbul edə biləcəyi bildirilib.

2028-ci ildə tamamlanması nəzərdə tutulan layihə, 16 çoxmərtəbəli bina və 1.200-dən çox mənzili əhatə edən geniş bir yaşayış kompleksinin tərkibində olacaq.

Sığınacaqda xüsusi havalandırma , təmiz su anbarı və tullantı idarəetmə sistemi qurulacaq. Bu sistemlər sayəsində nüvə, kimyəvi və ya bioloji hücum vəziyyətində iki həftəlik davamlı həyat şəraiti təmin olunması hədəflənir.

Təcili hallar istisna olmaqla obyekt adi vaxtlarda ictimai fitnes mərkəzi kimi fəaliyyət göstərəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax