Operativ Məlumat Mərkəzi

Cenevrədə Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib

2 dəq
Paylaş:
Cenevrədə Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib

29 aprel 2024-cü il tarixində minatəmizləmə sahəsində donor ölkələrin əlaqələndirmə olan “Minatəmizləməyə Dəstək üzrə Qrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ANAMA-nın nümayəndələri tərəfindən ölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, mina qurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və , ehtiyac duyulan xarici yardımlar və mina problemi sahəsində Azərbaycanın fəaliyyəti haqqında toplantı iştirakçılarını məlumatlandırıblar.

Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən mina probleminin tezliklə aradan qaldırılmasına lazımi ölçüdə xarici dəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh və barışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb.

Tədbirdə ölkəmizdəki mina probleminin bu və ya digər aspektləri haqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərin həlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax