Operativ Məlumat Mərkəzi

Bulqakov dələduzluqda ittiham olunub

2 dəq
Paylaş:
Bulqakov dələduzluqda ittiham olunub

Rusiyanın arxa cəbhə idarəsinin keçmiş rəisi Dmitri irimiqyaslı dələduzluqda olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, ittihamlara görə, Bulqakov Sankt-Peterburqda Kirov adına Hərbi Tibb Akademiyasında daxili və xarici işıqlandırma sistemlərinin quraşdırılması və konfiqurasiyasını təmin etməklə bu müəssisədə daha qənaətcil elektrik istehlakına nail olmalı idi.

Lakin o, müqavilənin icrası üçün öz nəzarəti altında olan kommersiya müəssisəsini cəlb edib ki, bu da işin qiymətini xeyli şişirdib. İşdə dəymiş ziyanın məbləği təxminən 50 milyon rubl təşkil edir.

Lakin Bulqakovun özü günahını etiraf etmir, general hadisənin o, hərbi xidmətdən ayrıldığı sonra baş verdiyini deyib. Bulqakov Lefortovo istintaq təcridxanasına yerləşdirilib.

Həmçinin bildirilib ki, korrupsiyada Qryazinski qida kombinatının direktorlar şurasında olan Aleksandr Mixaylenko, Valeri Kovaleviç və Elvira Smirnovun da adı hallanır.

Bulqakovun dövründə hərbçilər qiymətə keyfiyyətsiz quru yeməklərlə təmin edilib. Onlara mal əti əvəzinə donuz və toyuq əti verilib.

Bulqakov 2008-2022-ci illərdə Federasiyası müdafiə nazirinin müavini olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax