Əsas məzmuna keç

Bulqakov dələduzluqda ittiham olunub

Bulqakov dələduzluqda ittiham olunub

ittihamlara görə, Bulqakov Sankt-Peterburqda Kirov adına Hərbi Tibb Akademiyasında daxili və xarici işıqlandırma sistemlərinin quraşdırılması və...

Rusiyanın arxa cəbhə idarəsinin keçmiş rəisi Dmitri irimiqyaslı dələduzluqda olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, ittihamlara görə, Bulqakov Sankt-Peterburqda Kirov adına Hərbi Tibb Akademiyasında daxili və xarici işıqlandırma sistemlərinin quraşdırılması və konfiqurasiyasını təmin etməklə bu müəssisədə daha qənaətcil elektrik istehlakına nail olmalı idi.

Lakin o, müqavilənin icrası üçün öz nəzarəti altında olan kommersiya müəssisəsini cəlb edib ki, bu da işin qiymətini xeyli şişirdib. İşdə dəymiş ziyanın məbləği təxminən 50 milyon rubl təşkil edir.

Lakin Bulqakovun özü günahını etiraf etmir, general hadisənin o, hərbi xidmətdən ayrıldığı sonra baş verdiyini deyib. Bulqakov Lefortovo istintaq təcridxanasına yerləşdirilib.

Həmçinin bildirilib ki, korrupsiyada Qryazinski qida kombinatının direktorlar şurasında olan Aleksandr Mixaylenko, Valeri Kovaleviç və Elvira Smirnovun da adı hallanır.

Bulqakovun dövründə hərbçilər qiymətə keyfiyyətsiz quru yeməklərlə təmin edilib. Onlara mal əti əvəzinə donuz və toyuq əti verilib.

Bulqakov 2008-2022-ci illərdə Federasiyası müdafiə nazirinin müavini olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…