Operativ Məlumat Mərkəzi

"Bu, mənim nəslim üçün ölüm hökmüdür"

1 dəq
Paylaş:
"Bu, mənim nəslim üçün ölüm hökmüdür"

ABŞ-də 22 gənc son aylarda iqlim və ətraf mühitlə bağlı imzalanmış üç sərəncamın onların konstitusiya hüquqlarını pozduğunu , Donald Trampı məhkəməyə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Montana ştatında 7-25 yaş arasında olan 22 nəfər “Milli Enerji Fövqəladə Hal” çərçivəsində imzalanan üç prezident fərmanının konstitusiyaya zidd olduğunu iddia edərək Tramp və onun administrasiyasına qarşı iddia qaldırıb.

Sözügedən prezident qərarlarının qlobal istiləşməni daha da pisləşdirəcəyini müdafiə edən gənclər, cavabdeh qurumlar arasında ABŞ Energetika Nazirliyi, Departamenti, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) olduğunu ifadə ediblər.

"Trampın qalıq yanacaq üzrə icraçı sərəncamları mənim üçün ölüm hökmüdür", - iddiaçılardan biri deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax