ABŞ-də 22 gənc son aylarda iqlim və ətraf mühitlə bağlı imzalanmış üç sərəncamın onların konstitusiya hüquqlarını pozduğunu iddia edərək, prezident Donald Trampı məhkəməyə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Montana ştatında 7-25 yaş arasında olan 22 nəfər “Milli Enerji Fövqəladə Hal” çərçivəsində imzalanan üç prezident fərmanının konstitusiyaya zidd olduğunu iddia edərək Tramp və onun administrasiyasına qarşı iddia qaldırıb.
Sözügedən prezident qərarlarının qlobal istiləşməni daha da pisləşdirəcəyini müdafiə edən gənclər, cavabdeh qurumlar arasında ABŞ Energetika Nazirliyi, Nəqliyyat Departamenti, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) olduğunu ifadə ediblər.
"Trampın qalıq yanacaq üzrə icraçı sərəncamları mənim nəslim üçün ölüm hökmüdür", - iddiaçılardan biri deyib.