Operativ Məlumat Mərkəzi

Bu ilin 11 ayı ərzində 505 yol qəzası olub, 344 nəfər ölüb

2 dəq
Paylaş:
Bu ilin 11 ayı ərzində 505 yol qəzası olub, 344 nəfər ölüb

Cari ilin 11 ayı ərzində 505 yol- hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Dövlət İdarəsindən məlumat verilib.

Bildirilib ki, qarşıdan gələn günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir:

"Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur.

Hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhval-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax