Operativ Məlumat Mərkəzi

Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb

2 dəq
Paylaş:
Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, planına uyğun olaraq addımlar atılır:

"Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb".

M.Pənahov bildirib ki, MSK bütün prosesləri nəzarətdə saxlayır və yerlərlə daim əlaqədədir:

"İndiyədək hansısa xoşagəlməz halla rastlaşmamışıq".

MSK sədri həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək:

"Bunun üçün insanlar yaşayış məntəqələrinə qayıtmalıdırlar. Hesab edirəm ki, belə bir dövrün gəlib çatmasına az qalıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax