Əsas məzmuna keç

ANAMA WUF13 çərçivəsində minatəmizləmə və şəhərsalma proseslərini müzakirə edib

ANAMA WUF13 çərçivəsində minatəmizləmə və şəhərsalma proseslərini müzakirə edib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda işğaldan azad edilmiş ərazilərin bərpası və minatəmizləmənin bu prosesdəki strateji rolu diqqət mərkəzində olub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası () çərçivəsində Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Postmünaqişə dövründə şəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda xüsusi tədbir təşkil olunub.

Azərbaycan pavilyonunda baş tutan tədbir probleminin bərpa və yenidənqurma işlərinə təsirini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, habelə bu sahədə qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Görüşdə dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında minatəmizləmənin sadəcə humanitar fəaliyyət deyil, həm də bərpa proseslərinin təməli olduğunu vurğulayıb. O qeyd edib ki, yaşayış evlərinin inşası, infrastrukturun bərpası və iqtisadi fəaliyyətin canlandırılması üçün ərazilərin minalardan təmizlənməsi zəruri şərtdir. V.Süleymanovun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində minatəmizləmə işləri şəhərsalma və inkişaf strategiyalarına tam inteqrasiya olunub.

Tədbirdə mina təhlükəsinin qlobal miqyasda inkişafı ləngitdiyi qeyd olunaraq, problemin həlli üçün beynəlxalq dəstəyin, innovativ yanaşmaların və təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluğu ilə keçirilən panel müzakirələrində aşağıdakı şəxslər iştirak ediblər:

  • Samir Poladov – ANAMA-nın İdarə Heyəti sədrinin müavini
  • Mariyana Kuyundziç – Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir
  • Rodrigo Labardini – ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş səfiri
  • Ramil Cahangirov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri

Müzakirələr zamanı münaqişədən sonrakı dövrdə təhlükəsiz və inklüziv şəhərlərin qurulmasında minatəmizləmənin strateji əhəmiyyəti, habelə bu istiqamətdə beynəlxalq əməkdaşlığın rolu geniş təhlil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…