Operativ Məlumat Mərkəzi

Boliviya və İsrail diplomatik münasibətləri bərpa edib

2 dəq
Paylaş:
Boliviya və İsrail diplomatik münasibətləri bərpa edib
nazirliyin açıqlamasında bildirilir: “Xarici işlər naziri Fernando Aramayo Karrasko və İsrailin xarici işlər naziri Gideon Saar diplomatik münasibətlərin...

Boliviya Xarici İşlər Nazirliyi dekabrın 9-da bəyan edib ki, ölkə Qəzza zolağındakı vəziyyət fonunda İsraillə münasibətləri tam bərpa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir:

naziri Fernando Aramayo Karrasko və İsrailin xarici işlər naziri Gideon Saar diplomatik münasibətlərin tam bərpa olunduğunu elan etdilər. Bu addım uzun müddətdir davam edən dostluğun bərpasını və elm, innovasiya, qida təhlükəsizliyi, turizm, texnologiya və mədəni diplomatiya sahələrində yeni imkanlar açılmasını ifadə edir”.

Boliviya 2023-cü ilin oktyabrında Qəzza zolağındakı hərbi əməliyyatlara etiraz olaraq İsraillə münasibətləri kəsmişdi. Həmin vaxt La-Pas hakimiyyəti İsrailin hərbi kampaniyasını “insanlığa qarşı cinayət” adlandırmışdı.

Ölkədə 19 oktyabr 2024-cü ildə keçirilən seçkilərinin ikinci turunda qalib gələn Rodriqo Paz 8 noyabrda vəzifəsinin icrasına başlayıb. Seçki kampaniyası dövründə o, Boliviyanın əlaqələrinin genişləndirilməsinin vacibliyini, o cümlədən ABŞ-la 2008-ci ildə kəsilmiş münasibətlərin bərpasına ehtiyac olduğunu vurğulamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax