ABŞ dövlət katibi Entoni Blinken İranda ev dustaqlığına saxlanılan 5 amerikalı ilə bağlı hər hansı yeni razılaşmanın olmadığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında ABŞ vətəndaşlarının İranda ev dustağlığına buraxılmasının müsbət addım olduğunu qeyd edib.
Dövlət katibi bildirib ki, 5 məhbusun azad edilməsi ilə bağlı hər hansı razılaşma yoxdur və ABŞ dustağların səhhəti ilə yaxından maraqlanır.