Əsas məzmuna keç

Bir neçə ölkə Trampın Qəzzada sülh təklifini alqışlayıb

Bir neçə ölkə Trampın Qəzzada sülh təklifini alqışlayıb

Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Qətər və Misirin XİN rəhbərləri birgə bəyanat yayaraq planın yekunlaşdırılması və...

ABŞ prezidenti Donald Trampın atəşkəsə dair irəli sürdüyü plan bir sıra dünya liderləri və nazirləri tərəfindən dəstəklənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, , İordaniya, BƏƏ, İndoneziya, Pakistan, , Qətər və Misirin XİN rəhbərləri birgə bəyanat yayaraq planın yekunlaşdırılması və icrası üçün ABŞ ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Keir Starmer planı alqışlayaraq İsrailin öhdəliklərə əməl etməsinin vacibliyini vurğulayıblar. İtaliyanın baş naziri Giorgia Meloni isə bunu “döyüşlərin dayandırılması və üçün dönüş nöqtəsi” adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın təşəbbüsünü yüksək qiymətləndirib və ədalətli, davamlı sülhün əldə olunmasına dəstək verəcəyini bildirib.

Norveç hökuməti də planı alqışlayıb, Fələstin rəhbərliyi isə ABŞ və ərəb ölkələrinin müharibəyə son qoymaq səylərini müsbət qarşılayıb.

Qətər və Misir bu planı Həmas danışıqlar qrupuna təqdim edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…