Əsas məzmuna keç

Biləsuvarda su kanalında naməlum qadın meyiti tapılıb

Biləsuvarda su kanalında naməlum qadın meyiti tapılıb

Bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum insan meyitinin aşkar olunması ilə bağlı videogörüntülər yayılıb. Baş Prokurorluğun...

Bəzi səhifələrində Biləsuvarda su kanalında insan meyitinin aşkar olunması ilə bağlı videogörüntülər yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, aprelin 8-də saat 09 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qadın cinsli meyitin ölüm səbəbinin edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqədilə qeyd olunan ərazidə yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə ( müraciət etmələri xahiş olunur.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…