Operativ Məlumat Mərkəzi

Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA - 15.05.2025

2 dəq
Paylaş:
Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA - 15.05.2025

Mayın 15-i saat 9:00-a olan açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, ölkə ərazisində yağıntılı müşahidə olunub.

Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağa isə qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 47 (aylıq normanın 45 % -i), Qaxda (Sarıbaş) 37 (aylıq normanın 30 % -i), Zaqatalada 22, Oğuzda 19, Qəbələdə 17, Şahbuzda 15, Goranboy və Balakəndə 13, Lerik və Qrızda 11, , , Tovuz, Qusar, Xınalıq, Göyçay, Sədərək, Astara, Xaltan, Tərtər, Cəlilabad, Yardımlı, Quba, Mingəçevir, Naxçıvan, Ağstafa, Neftçala, Şuşa, Kəlbəcər, Biləsuvar, Daşkəsən, Altıağac, Yevlax, Sabirabad, Cəfərxan, Bərdə, İsmayıllı, Gəncə, Göygöl, Culfa, Şəmkir, Şabran, Lənkəran, Qobustan, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzuli, Ordubad və Şərurda 1-10 mm, Bakıda və yarımadasında isə 5 mm-dək təşkil edir.

Mayın 14-ü saat 18:45 -18:55 radələrində Şahbuza diametri 3 mm olan dolu düşüb.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax, Şəki, Qəbələ, Altıağac, Qusar, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax