Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rayonlara leysan yağır, dolu düşüb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Rayonlara leysan yağır, dolu düşüb - FAKTİKİ HAVA

ərazisinin əksər rayonlarında yağıntılı müşahidə olunur, arabir şimşək çaxır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv xarakterlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 20-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 38 (aylıq normanın 63 %-i), Mingəçevirdə 34 (aylıq normanın 171 %-i), Zaqatalada 24 (aylıq normanın 31 %-i), Goranboyda 18 (aylıq normanın 77 %-i), Qrız, Qubada 13 (aylıq normanın 44 %-i), Qusarda 12 (aylıq normanın 40 %-i), Qəbələdə 10, Ağstafa, Gədəbəydə 7, Xaçmaz, Gəncə, Qaxda (Sarıbaş) 6, Oğuzda 5, Xaltanda 4, Daşkəsəndə 3, Tovuz, Şabran, Göygöl, Yevlaxda 2, Naftalan, Şəmkir, Balakən, Şamaxı, Xızı, Bərdə, Kürdəmir, Şahbuz, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.

İyulun 19-da Kəlbəcər rayonunun İstisu qəsəbəsinə saat 21:03-21:07 radələrində diametri 8-12 mm olan dolu düşüb.

Bəzi yerlərdə -qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Neftçala, Zaqatala, Şəkidə 20 m/s-yə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax