Operativ Məlumat Mərkəzi

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

1 dəq
Paylaş:
Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

İyunun 28-i günün ikinci yarısından bəzi və dağətəyi rayonlarda qısamüddətli xarakterli yağış yağıb, çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əksər rayonlarda əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub.

Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax