Əsas məzmuna keç

Bəzi yerlərdə hava yağıntılı olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə hava yağıntılı olub - FAKTİKİ HAVA

Dekabrın 25-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Dekabrın 25-i saat 10:00-a olan açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əksər rayonlarda əsasən yağmursuz keçib, lakin Bakıda və yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, , Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Qobustanda 16 m/s-dək güclənib.

Quba, Qusar, Şərur, Naftalan, Şəmkir, Yevlax ,Zərdab, Sabirabad, Biləsuvar, Lənkəran, İmişli, Astarada duman müşahidə olunub. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 8, Aran rayonlarında 2 dərəcəyədək şaxta qeydə alınıb.

Hava proqnozu

20° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 21° 19° yağış 39%
  2. Sabah Günəşli 22° 19°
  3. Birigün Tutqun 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…