Operativ Məlumat Mərkəzi

"Berlindəki danışıqlarda iki əsas məsələyə aydınlıq gətirilməyib"

2 dəq
Paylaş:
"Berlindəki danışıqlarda iki əsas məsələyə aydınlıq gətirilməyib"

Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələrinin rəsmi açıqlamalarına baxmayaraq, Berlindəki danışıqlarda iki əsas məsələyə - zəmanətləri və Ukraynanın mümkün güzəştlərinə gətirilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, rəsmi açıqlamalar pərdəarxası deyilənlərlə kəskin şəkildə ziddiyyət təşkil edir.

Ukrayna dairələrindəki mənbə qəzetə bildirib ki, avropalılar ortaq mövqenin onlara ABŞ prezidenti Donald Trampı öz tərəflərinə çəkməyə və heç olmasa Ukraynaya qarşı planın qəbul edilməsinin qarşısını almağa kömək edəcəyinə ümid edirlər.

Bundan əlavə, ukraynalılar üçün ərazi güzəştlərinin ən azı müvəqqəti olaraq qaçılmaz olduğu aydın olsa belə, qoşunların Donbasdan tamamilə çıxarılması qərarını əhaliyə izah etmək çətin olacaq.

Ukrayna hökumət dairələrindən bir mənbə "Bild"ə bildirib ki, hazırda onlar üçün yaxşı bir həll yolu yoxdur. Ya qismən təslim olmağa məcbur olacaqlar, ya da müharibə davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax