Operativ Məlumat Mərkəzi

Baş Prokurorluq: Narazı şəxslərin hər biri dəfələrlə qəbul edilib

2 dəq
Paylaş:
Baş Prokurorluq: Narazı şəxslərin hər biri dəfələrlə qəbul edilib

Aprelin 6-sı Baş Prokurorluğunun inzibati binasının qarşısında narazılığını ifadə edən şəxslərin hər biri Baş və aidiyyəti struktur qurumlarda ayrı-ayrılıqda dəfələrlə qəbul edilərək dinlənilib və onlara hüquqları izah olunub.

Baş Prokurorluğun "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilir ki, Lalə Babaşova, Xalidə Məmmədova və Aslanovanın etdiyi hallar üzrə hazırda aidiyyəti məhkəmələrdə cinayət işlərinə baxıldığından onlara məhkəmənin yekun qərarlarından qaldıqları halda aidiyyəti üzrə yuxarı məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Vətəndaş Şövkət Abışovanın müraciəti üzrə daxil işlər orqanlarında aparılmış araşdırma zamanı şikayətin xarakterli olması müəyyən edildiyindən ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.

Bundan başqa, şikayət edən digər şəxslərə müraciətlərində göstərilən halların araşdırılaraq müvafiq qərarın qəbul ediləcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax