Operativ Məlumat Mərkəzi

"Barselona" Messi ilə qısamüddətli müqavilə imzalamağı planlaşdırmır

2 dəq
Paylaş:
"Barselona" Messi ilə qısamüddətli müqavilə imzalamağı planlaşdırmır

“Barselona” rəhbərliyi argentinalı Lionel ilə qısamüddətli müqavilə bağlamaq niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Barca Times" yayıb.

Klub prezidenti Joan Laporta bildirib ki, hazırda Messinin yenidən komandaya qayıtması ilə bağlı reallığı əks etdirməyən haqqında danışmağın yeri yoxdur.

Laporta deyib: “Messiyə, oyunçularımıza və klub üzvlərimizə hörmət olaraq, indi qeyri-real ssenarilər barədə spekulyasiya etməyin vaxtı deyil. Onun gedişi hamımız üçün çətin idi, amma o anda başqa cür qərar vermək mümkün deyildi. Klub hər şeydən önəmlidir”.

Klub rəhbəri həmçinin Messi üçün matçının keçirilməsi üzərində iş getdiyini təsdiqləyib:
“Bu stadion onun evidir. Stadionun təmiri başa çatdıqda 105 min tamaşaçı tutumuna malik olacaq və biz Leo üçün dünyanın ən gözəl vida matçını təşkil etmək istəyirik”.

Xatırladaq ki, daha əvvəl mətbuatda Messinin 2026-cı il Dünya Çempionatına hazırlıq məqsədilə “İnter Mayami”dən qısamüddətli icarəyə “Barselona”ya keçə biləcəyi barədə məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi bu iddiaları təkzib edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax