Operativ Məlumat Mərkəzi

Banqladeşdə yeni hökümət başçısı and içib

2 dəq
Paylaş:
Banqladeşdə yeni hökümət başçısı and içib

Banqladeşdə müvəqqəti hökumət başçısı təyin edilmiş Nobel Sülh Mükafatı laureatı Yunusun inaqurasiyası olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Yunus ölkə konstitusiyasını qoruyacağına, onun tələblərinin icrasına dəstək olacağına and içib.

Andiçmə mərasimi paytaxt Dəkkədə sarayında baş tutub.

Mərasimə əvvəlki Şeyx Həsinənin partiyasından heç kim qatılmayıb.

Xatırladaq ki, Şeyx Həsinə özü də tələbələrin hökumətə qarşı keçirdiyi etiraz aksiyaları və 400-dən çox insanın ölümünə səbəb olan kütləvi qarşıdurmalardan sonra vəzifəsindən istefa verərək Hindistana qaçıb.

Məhəmməd Yunusun kabinetində tələbə hərəkatına liderlik edən Nahid İslam və Asif Mahmud da yer alır. Yusuf tələbə hərəkatının əldə etdiyi nailiyyəti ikinci müstəqillik adlandırıb. Hindistanın Narendra Modi də yeni hökumətə ən xoş arzularının çatdırdığını və qonşu ölkə ilə sülh, və tərəqqi üçün birlikdə çalışmağa hazır olduqlarını deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax