Əsas məzmuna keç

Banqladeşdə qaçqın düşərgələrində 10 nəfər ölüb

Banqladeşdə qaçqın düşərgələrində 10 nəfər ölüb

bu barədə xarici KİV məlumat yayıb. Qaçqınlara Yardım və Repatriasiya üzrə Komissar Mizanur Rəhman açıqlamasında bildirib ki, 8, 9, 10 və 14 saylı...

Banqladeşin Koks Bazar şəhərində Rohinca müsəlmanlarının düşərgələrdə yağışlarının yaratdığı sel və sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qaçqınlara Yardım və Repatriasiya üzrə Mizanur açıqlamasında bildirib ki, 8, 9, 10 və 14 saylı düşərgələrdəki kazarmalar sel suları və torpaq altında qalıb. İlkin məlumatlara görə, ölənlərdən 9-u Rohinca müsəlmanı və 1-i Banqladeşli olub.

Xatırladaq ki, əksəriyyəti Myanmadakı hərbi əməliyyatlardan qaçan 1 milyondan çox Rohinca müsəlmanı Banqladeşin paytaxtı Dəkkədən təxminən 300 kilometr cənub-şərqdə yerləşən Koks Bazarda yaşayır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…