Operativ Məlumat Mərkəzi

Balakəndə narkotikdən istifadə edən və sərxoş olan 26 sürücü məsuliyyətə cəlb olunub

1 dəq
Paylaş:
Balakəndə narkotikdən istifadə edən və sərxoş olan 26 sürücü məsuliyyətə cəlb olunub

Balakən Rayon Polis Şöbəsinin Dövlət Bölməsinin əməkdaşları təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 26, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, son 1 ayda kəmərindən istifadə etməyən, vasitəsindş konstruksiya dəyişikliyi edən, dayanma-durma və yükdaşıma qaydalarını pozan, eləcə də digər kobud qayda pozuntuları törədən 542 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax