Operativ Məlumat Mərkəzi

Bakının Nizami küçəsində təmir işləri aparılır

2 dəq
Paylaş:
Bakının Nizami küçəsində təmir işləri aparılır

Bakının Səbail rayonu, küçəsində aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri hazırda sözügedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda küçəyə qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax