Operativ Məlumat Mərkəzi

Bakının 28 May küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Bakının 28 May küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Avqustun 8-də, saat 06:00-dan Bakının Nəsimi rayonunun 28 May küçəsində (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid küçəsinə qədər) aparılacaq ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax