Operativ Məlumat Mərkəzi

Bakıda yeni Yaşıl Park və Nəbatat Parkı salınacaq

2 dəq
Paylaş:
Bakıda yeni Yaşıl Park və Nəbatat Parkı salınacaq

Bakıda yeni Park salınacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Şəhərdə əlçatan yaşıllıqların payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai parkın salınması planlaşdırılır.

Qeyd edilən park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocahəsən gölünün ekoloji təmizlənməsinə təkan verəcək. Uzunmüddətli perspektivdə Lökbatan ilə Xəzər dənizi arasındakı əraziləri daxil etmək üçün park cənuba doğru genişləndirilə bilər.

Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Parkının yaradılması nəzərdə tutulur. Qu gölü ərazisi köçəri quş populyasıyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax